[email protected] +994 99 303 07 01
October 08, 2023 - Paylaşdı: Admin

"Mühəndislə Söhbət" layihəsi !

🔎Azərbaycan Mühəndislər Birliyindən "Mühəndislə Söhbət" layihəsi !
Peşəkar mühəndislərlə həmsöhbət olaraq onların təcrübələrindən faydalanmaq istəyirsinizsə, bu layihəni qaçırmayın! Bu layihə seminar tipli deyil, mühəndislərin öz həyat və iş təcrübələrini söhbət əsnasında sizlərlə bölüşməsidir.
Görüşdə Saleh Rəhmanov həm öz təcrübələrini sizinlə bölüşəcək həm məsləhətlərini verəcək.
Saleh Rəhmanov haqqında:
📌 Bakalavr – 2012-2016; ADNSU; Neft-Qaz Mühəndisliyi
📌 Magistr – 2021-2023; ADNSU; Neftin Nanotexnologiya üsulla çıxarılması
📌 Quyuların əsaslı, cari təmiri və 2-ci yan lülənin qazılması üzrə iş təcrübəsinə malikdir
📌 SOCAR-Azneft İB; Hasilatın idarə olunması üzrə mütəxəssis
Qeyd: İştirakçı sayı məhduddur. Qeydiyyatdan keçənlər arasından 24 nəfər seçiləcək! Seçim aparılarkən seminarda iştirak etmək məqsədinizə baxılacaq. Qeydiyyatdan keçməyə tələsin!
🗓Tarix: 21.05.2022
⏰Saat: 17:00
📌Məkan: Azərbaycan Mühəndislər Birliyinin Tədris Mərkəzi
🔗 Qeydiyyat linki: https://bit.ly/3FNCq32