[email protected] +994 99 303 07 01
October 08, 2023 - Paylaşdı: Admin

"Mühəndislə Söhbət" layihəsi

🔎Azərbaycan Mühəndislər Birliyindən "Mühəndislə Söhbət" layihəsi !
Peşəkar mühəndislərlə həmsöhbət olaraq onların təcrübələrindən faydalanmaq istəyirsinizsə, bu layihəni qaçırmayın! Bu layihə seminar tipli deyil, mühəndislərin öz həyat və iş təcrübələrini söhbət əsnasında sizlərlə bölüşməsidir. Layihənin ilk görüşü xanımlara həsr olunur.
Görüşdə Əfsanə Çopurova həm öz təcrübələrini sizinlə bölüşəcək həm öz məsləhətlərini verəcək həm də Xanımların mühəndislikdə rolu, qarşılaşdığı çətinliklərdən danışacaq.
Əfsanə Çopurova haqqında:
📌 Bakalavr – 2015-2019; Azərbaycan Memarlıq və İnşaat Universiteti; İnşaat Mühəndisliyi
📌 Magistr – 2021-2023; Bakı Mühəndislik Universiteti; Metal Konstruksiya Mühəndisliyi
📌 Paşa İnşaat; Sahə Mühəndisi – 2018-2019
📌 SOCAR-KBR; Metal Konstruksiya Mühəndisi – 2019 - cari
Görüşün proqramı:
•Tanışlıq
•Təhsil aldığım müddətdə diqqət etdiyim məqamlar və özünü inkişafın önəmi
•Tələbəlik illərində sosial aktivliklərdə iştirak etməyin önəmi
•Xanımların Mühəndislikdə rolu
•Xanım mühəndislərin qarşılaşa biləcəyi çətinliklər və onlarla baş etmənin yolları
•İş təcrübəm və iş həyatında diqqət edilməli olan məqamlar
Qeyd: İştirakçı sayı məhduddur. Qeydiyyatdan keçənlər arasından 20 nəfər seçiləcək! Seçim aparılarkən seminarda iştirak etmək məqsədinizə baxılacaq. Tələbələrə üstünlük veriləcək və ancaq xanımlar üçündür!
Qeydiyyatdan keçməyə tələsin!
🗓Tarix: 07.05.2022
⏰Saat: 16:00
📌Məkan: Azərbaycan Mühəndislər Birliyinin Tədris Mərkəzi🔗 Qeydiyyat linki: https://bit.ly/3wfGtkv