Azərbaycan Mühəndislər Birliyi tərəfindən keçirilən "Kimya sənayesinin proses və aparatları" təlimi uğurla başa çatıb.
🧩 24 nəfərin iştirak etdiyi təlimdə təlimçi Əli Ələddinov aşağıdakı mövzular haqqında məlumat vermişdir:
✔️ Dünyada və Azərbaycanda neft sənayesi;
✔️ Karbamid istehsalı və tətbiqi;
✔️ Polietilen və polipropilen istehsal texnologiyası;
✔️ Absorbsiya və onun sənayedə tətbiqi;
✔️ Paketli və boşqablı kalonların dizaynı, quruluşu və sənayedə əhəmiyyəti.
Dəvətimizi qəbul edib, təcrübəsini tələbələrlə bölüşdüyünə görə Əli Ələddinova minnətdarlığımızı bildiririk!
📌 Təlim, seminar, texniki gəzinti, mühəndislərlə görüşdən daha tez xəbərdar olmaq üçün Telegram və Whatsapp qruplarımıza qoşula bilərsiniz. Qrup linkləri üçün şərh bölməsinə + yazmağınız kifayətdir, linklər mesaj bölmənizə göndəriləcəkdir.