[email protected] +994 99 303 07 01
October 08, 2023 - Paylaşdı: Admin

"Gələcəyin Neftçiləri" olimpiadası keçirilib

Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı və UFAZ-ın dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş neft-qaz sahəsi üzrə "Gələcəyin Neftçiləri" olimpiadası keçirilib.
ADNSU, BANM, UFAZ, Xəzər tələbələrinin qatıldığı olimpiadada 18 komanda mübarizə aparmışdır. Maraqlı və gərgin mübarizənin sonunda 1-ci yeri ADNSU-nun "063" komandası, 2-ci yeri UFAZ-ın "3 badam 1 qoz" komandası, 3-cü yeri isə ADNSU-nun "Mas que un club" komandası tutmuşdur. Qaliblərə Azərbaycan Mühəndislər Birliyindən kubok, diplom, müxtəlif hədiyyələr təqdim olunmuşdur.
Qalibləri təbrik edirik ! Digər iştirakçılara olimpiadaya qatıldıqlarına görə təşəkkür edir, növbəti turnir və olimpiadalarda uğurlar arzu edirik!
Olimpiadanın keçirilməsi üçün Azərbaycan Mühəndislər Birliyinə göstərdiyi dəstəyə görə UFAZ rəhbərliyinə təşəkkürümüzü bildiririk.