[email protected] +994 99 303 07 01
October 08, 2023 - Paylaşdı: Admin

"Gələcəyin Neftçiləri" olimpiadası keçiriləcək.

🏆Azərbaycan Mühəndislər Birliyindən Neft-Qaz sahəsi üzrə olimpiada!
Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı və UFAZ-ın dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş neft-qaz sahəsi üzrə "Gələcəyin Neftçiləri" olimpiadası keçiriləcək.
Birliyin Geologiya və Geofizika Departamentinin rəhbəri Qalib Muradovun təşəbbüsü ilə keçiriləcək olimpiadada suallar Neft-Qaz və Geologiya-Geofizika mühəndisliyini əhatə edəcək.
Qaydalar:
📌 Olimpiadada istənilən universitetdən Neft-Qaz və Geologiya fakültəsinin tələbələri iştirak edə bilər
📌 Komandada 4 nəfər iştirakçı olmalıdır (kapitan və 3 komanda üzvü)
📌 Komanda hər hansı bir universiteti təmsil etməlidir (komandadakı iştirakçılar eyni universitetin tələbələri olmalıdır)
📌 Olimpiada 2 mərhələdə keçiriləcək: qrup və final mərhələsi
📌 Suallar 1,3,5 xal dəyərində olacaq
Qalib komandalara təqdim olunacaq:
🥇 Kubok, diplom, texniki gəzinti, müxtəlif hədiyyələr
🥈 Diplom, müxtəlif hədiyyələr
🥉 Diplom, müxtəlif hədiyyələr
🗓Tarix: 07.05.2022
⏰Saat: 10:00
💻Məkan: UFAZ
📌 Son qeydiyyat tarixi: 04.05.2022, 20:00
🔗 Qeydiyyat linki: https://bit.ly/3OUjWSK
📩 Əlavə sualınız varsa +994 99 303 07 01 whatsapp nömrəsinə yaza bilərsiniz.