Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan "Gələcəyin Mühəndisləri" proqramının sonuncu həftəsindəki təlimlər başa çatdı.
Sonuncu həftədə Neft-qaz mühəndisliyi ixtisası üzrə Saleh Rəhmanov tərəfindən "Quyuların istismarı və hasilatın idarə olunmasi" və İsrafil Cəbrayılov tərəfindən "Quyuların sementlənməsi" mövzularında təlim keçirildi.
Kimya mühəndisliyi üzrə isə Elnur Cəbrayılzadə tərəfindən "Qeyri-üzvi maddələrin kimyəvi texnologiyası", Vüsalə Axundova tərəfindən isə "Proses mühəndisliyi(Cooling tower)" mövzularında təlim keçirildi.
Faydalı təlimlər üçün Saleh Rəhmanova, İsrafil Cəbrayılova, Elnur Cəbrayılzadəyə, Vüsalə Axundovaya təşəkkür edirik.
📌Təlim, seminar, texniki gəzinti və mühəndislər ilə görüşlərdən daha tez xəbərdar olmaq üçün Telegram və Whatsapp qruplarımıza qoşula bilərsiniz. Qrup linkləri üçün şərh bölməsinə + yazmağınız kifayətdir, linklər mesaj bölmənizə göndəriləcəkdir.
#azmiib #təlim #courses #gəncmühəndislər #oilgas #oilandgas #chemistry #engineers #chemicalengineering #oilandgasengineering