[email protected] +994 99 303 07 01
October 16, 2023 - Paylaşdı: Admin

"Gələcəyin Mühəndisləri" proqramının növbəti həftəsindəki təlimlər başa çatdı

Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan "Gələcəyin Mühəndisləri" proqramının növbəti həftəsindəki təlimlər başa çatdı.
İkinci həftədə Neft-qaz mühəndisliyi ixtisası üzrə Qalib Muradov tərəfindən "Neft və qaz yataqlarının işlənməsinin əsasları" və İsmayıl Əkbərov tərəfindən "Qazmaya giriş" mövzularında təlim keçirildi.
Kimya mühəndisliyi üzrə isə Şəmsiyyə İsmayılova tərəfindən "Analitik kimyanın əsasları", Lətafət Mustafayeva tərəfindən isə "Analitik kimyada istifadə olunan cihazlar" mövzularında təlim keçirildi.
Faydalı təlimlər üçün İsmayıl Əkbərova, Qalib Muradova, Şəmsiyyə İsmayılovaya, Lətafət Mustafayevaya təşəkkür edirik.
📌Təlim, seminar, texniki gəzinti və mühəndislər ilə görüşlərdən daha tez xəbərdar olmaq üçün Telegram və Whatsapp qruplarımıza qoşula bilərsiniz. Qrup linkləri üçün şərh bölməsinə + yazmağınız kifayətdir, linklər mesaj bölmənizə göndəriləcəkdir.
#azmiib