[email protected] +994 99 303 07 01
October 16, 2023 - Paylaşdı: Admin

"Gələcəyin Mühəndisləri" proqramının ilk həftəsindəki təlimlər başa çatdı

Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan "Gələcəyin Mühəndisləri" proqramının ilk həftəsindəki təlimlər başa çatdı.
İlk həftədə Neft-qaz mühəndisliyi üzrə Pərviz Həsənov tərəfindən "Neft-qaz sənayesinə giriş" və Qalib Muradov tərəfindən "Neft və qaz yataqlarının işlənilməsinə qədər aparılan geoloji-geofiziki tədqiqatlar" mövzularında təlim keçirildi.
Kimya mühəndisliyi üzrə isə Anar Ağayev tərəfindən "Kimya mühəndisliyinə giriş", Elnur Cəbrayılzadə tərəfindən
"Üzvi maddələrin istehsalının kimyəvi texnologiyası" mövzularında təlim keçirildi.
Faydalı təlimlər üçün Pərviz Həsənova, Qalib Muradova, Anar Ağayevə, Elnur Cəbrayılzadəyə təşəkkür edirik.
📌Təlim, seminar, texniki gəzinti və mühəndislər ilə görüşlərdən daha tez xəbərdar olmaq üçün Telegram və Whatsapp qruplarımıza qoşula bilərsiniz. Qrup linkləri üçün şərh bölməsinə + yazmağınız kifayətdir, linklər mesaj bölmənizə göndəriləcəkdir.