[email protected] +994 99 303 07 01
July 23, 2025 - Paylaşdı: Admin

"Gələcəyin Mühəndisləri" olimpiadası

Azərbaycan Mühəndislər Birliyi təşkilatçılğı ilə Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş "Gələcəyin Mühəndisləri" olimpiadası baş tutub.


Hər komandada 4 nəfər olmaqla 41 komandadan ibarət yarış yekunlaşıb.


Mübarizənin sonunda 1-ci yeri Murad İmamverdizadə, Üzeyir Məmmədli, Elnur Mərdiyev və Mustafa Tağıyevin BANM-ı təmsil etdiyi "BOND Breakers" komandası tutub. 2-ci yerin qalibi Ayxan Əliyev, Məlahət Hacızadə, Məhəmməd Cavadzadə və Qəsəm Hüseynlidən ibarət UFAZ-ın "Multiscientist" komandası tutub. 3-cü yerə BDU-nun Elxan Ayvazov, Jalə Ayvazova, Nailə Tağıyeva və Əli Mehraliyevdən ibarət olan "Singularity" adlı komandası layiq görülüb. Və son olaraq 4-cü yerdə Səbuhi Kərimzadə, Günay Nuriyeva, Leila Jalilova və Leyla Allahverdizadədən ibarət BMU-nun "Synergy" komandası qərarlaşıb.


Qaliblərə Azərbaycan Mühəndislər Birliyi tərəfindən kubok və sertifikatlar təqdim olundu.


Yarış zamanı cavabların yoxlanılmasında münsiflər heyyəti qismində Nigar Mirzəyeva (Lead Process Engineer at SOCAR) və İsrafil Cəbrayılova (Field Engineer at SLB), eləcə də yarışın təşkilində əməyi olan hər bir komanda üzvünə və göstərdikləri dəstək üçün UFAZ rəhbərliyinə təşəkkürümüzü bildiririk!