[email protected] +994 99 303 07 01
October 08, 2023 - Paylaşdı: Admin

"Gələcəyin Kimyaçıları" olimpiadası keçirilib

Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı, SEM-AZ MMC-nin sponsorluğu və UFAZ-ın dəstəyi ilə "28 May - Müstəqillik Günü"nə həsr olunmuş "Gələcəyin Kimyaçıları" olimpiadası keçirilib.
ADNSU, BANM, UFAZ, ADPU, Xəzər tələbələrinin və 1 Məktəblilərdən ibarət komandanın qatıldığı olimpiadada ümumilikdə 17 komanda mübarizə aparmışdır. Maraqlı və gərgin mübarizənin sonunda 1-ci yeri Azər Abıyev, Elnarə Quliyeva, Natiq Rəsulzadə, Nəzrin Səmədovanın təmsil etdiyi ADNSU-nun "Chemists" komandası, 2-ci yeri İlqar Nəsirli, Məzahir Həsənli, İlkanə Mehdiyeva, Cəvahir Yusifzadənin təmsil etdiyi BANM-ın "Quadruple Bonds" komandası, 3-cü yeri isə Hüseyn Tağızadə, Sənan Caharkama, Sultanə Vəliyeva, Vəfa Babanlının təmsil etdiyi UFAZ-ın "Lab Fossorial" komandası tutmuşdur. Qaliblərə Azərbaycan Mühəndislər Birliyindən kubok, diplom, müxtəlif hədiyyələr, eləcə də bütün yarış iştirakçılarına hədiyyələr və sertifikat təqdim olunmuşdur.
Qalibləri təbrik edirik ! Digər iştirakçılara və xüsusi olaraq Olimpiadaya xüsusi maraq qatdıqlarına və laiqli mübarizə apardıqlarına görə Sara Əhmədzadə, Şəbnəm Hüseynli, Aysun Məmmədeminovanın (10cu sinif şagirdlərinin) təmsil etdiyi "Məktəblilər" komandasına təşəkkür edir, növbəti turnir və olimpiadalarda uğurlar arzu edirik!
Olimpiadanın keçirilməsi üçün Azərbaycan Mühəndislər Birliyinə göstərdiyi dəstəyə görə UFAZ və SEM-AZ MMC rəhbərliyinə təşəkkürümüzü bildiririk.