[email protected] +994 99 303 07 01
February 26, 2026 - Paylaşdı: Admin

"Elektrik Mühəndisliyi” üzrə "Dayanıqlı Elektrik Təchizatının Qurulmasının Əsas Prinsipləri" mövzusunda təlim uğurla baş tutdu!

📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Üzvlük Proqramı çərçivəsində “Elektrik Mühəndisliyi” üzrə "Dayanıqlı Elektrik Təchizatının Qurulmasının Əsas Prinsipləri" mövzusunda təlim uğurla baş tutdu! ⚡


Təlimçi Hasan Nurinin təqdimatında keçirilən təlimdə iştirakçılara dayanıqlı elektrik təchizatının qurulması, enerji sistemlərinin layihələndirilməsi, etibarlılıq və təhlükəsizlik prinsipləri, eləcə də real sənaye təcrübəsinə əsaslanan praktik yanaşmalar barədə geniş məlumat verildi.


📌 Təlimin əsas mövzuları:

🔹 Dayanıqlı və fasiləsiz elektrik təchizatı sistemlərinin qurulması

🔹 Enerji infrastrukturunda etibarlılıq və risklərin idarə olunması

🔹 Real obyektlər və case-lər əsasında praktiki hesablamalar və texniki analizlər

🔹 Müasir sənaye standartlarına uyğun mühəndislik həlləri


Təlim müddətində iştirakçılar real sahə təcrübələri, çətinliklər və müasir yanaşmalar barədə praktiki biliklər əldə etdilər.

Bu dəyərli və faydalı seminar üçün Hasan Nuriyə təşəkkür edirik!


Yeni elanlardan xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙