[email protected] +994 99 303 07 01
October 12, 2023 - Paylaşdı: Admin

"Azərsu" ASC-Mərkəzi laboratoriyasında Yay Təcrübə proqramında iştirak edən könüllümüz Ədil ilə olan kiçik söhbətimizi sizə təqdim edirik

"Azərsu" ASC-Mərkəzi laboratoriyasında Yay Təcrübə proqramında iştirak edən könüllümüz Ədil ilə olan kiçik söhbətimizi sizə təqdim edirik:
"Mən, Ədil Mustafayev, Bakı Mühəndislik Universitetinin 5-ci kursunda, Kimya Mühəndisliyi ixtisasında təhsil alıram. Azərbaycan Mühəndislər Birliyi ilə əvvəlcədən tanışlığım yaxın çevrəmin və sosial şəbəkələr vasitəsilə olub və sonra isə könüllülük fəaliyyətinə başlamışam. Hal-hazırda 3 aydır ki, bu könüllülük prosesi davam edir. Bir çox tədbirlərdə aktiv iştirak etmişəm və bunun üçün "Azərsu" ASC-Mərkəzi Laboratoriyasında 1 aylıq istehsalat üzrə təcrübə proqramında iştirak əldə etmişəm. Mən burada içməli və tullantı sularının fiziki və kimyəvi analizlərinin aparılmasını, laboratoriyada iş zamanı təhlükəsizlik tədbirləri, içməli və tullantı su təmizləyici qurğularının iş prinsipləri və nümunə götürmə qaydaları, kimyəvi analizlərdə istifadə olunacaq məhlulların hazırlanması, qabların təmizliyinə nəzarət və bir çox praktiki biliklərə yiyələndim. Təcrübə proqramı ərzində nəzəri biliklərimi realda müşahidə etmək və onların üzərində təhlillər aparmaq kimi fürsətlər əldə etdim. İnanıram ki, qazandığım biliklər gələcək iş karyerası üçün uğurlu bir addımdır. Yaratdığı bütün fürsətlər üçün Azərbaycan Mühəndislər Birliyinə öz təşəkkürümü bildirirəm. Mühəndislik ixtisasında təhsil alan, öz vaxtlarını səmərəli və dəyərli keçirmək istəyən tələbələr üçün ''Azərbaycan Mühəndislər Birliyi'' həm bacarıqlarını inkişaf etdirmək, həm də sosiallaşma cəhətdən müsbət bir addımdır."