[email protected] +994 99 303 07 01
October 14, 2023 - Paylaşdı: Admin

" Yataqların işlənməsi və istismarı" adlı təlim baş tutub

Azərbaycan Mühəndislər Birliyi tərəfindən 17 dekabr tarixində " Yataqların işlənməsi və istismarı" adlı təlim baş tutub.
Təlimdə Səbirxan Mahmudov aşağıdaki mövzular barədə məlumat vermişdir:
📌 Yataqların işlənilmə sisteminin seçilməsi;
📌Quyu konustruksiyası;
📌Fontan istismar üsulu;
📌Kompressor istismar üsulu;
📌Dərinlik nasosu istismar üsulu;
📌İstismar zamanı optimal rejimin təyini;
📌İstismar zamanı baş verən mürəkkəbləşmələr.
Bununla yanaşı, təlimçi Səbirxan Mahmudov, "Neft terminlərinin lüğəti" adlı kitabı püşkatma yolu ilə seçərək iştirakçılarımızdan birinə hədiyyə etmişdir.
Faydalı təlim üçün Səbirxan Mahmudova öz dərin təşəkkürümüzü bildiririk!
Təlim, seminar, texniki gəzinti və mühəndislərlə görüşlərdən daha tez xəbərdar olmaq üçün Telegram və Whatsapp qruplarımıza qoşula bilərsiz. Qrup linkləri üçün şərh bölməsinə + yazmağınız kifayətdir, linklər mesaj bölmənizə göndəriləcək.