[email protected] +994 99 303 07 01
October 17, 2023 - Paylaşdı: Admin

"Ətraf mühitin mühafizəsi istiqamətində təlimlərin təşkili " layihəmizə start verilir

2023-cü il "Kiçik qrant" müsabiqəsinin qalibi olan "Ətraf mühitin mühafizəsi istiqamətində təlimlərin təşkili " layihəmizə start verilir!
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mailliyə yardımı ilə keçirilən layihəmiz ümumilikdə 8 təlimdən ibarət olacaq.
📌Təlimlərimiz ardıcıl olaraq :
•Ətraf mühitin idarə edilməsinə giriş
•Su ehtiyatlarının idarə edilməsi
•Hava keyfiyyətinin idarə edilməsi
•Ekosistemlər və biomüxtəliflik
• İqlim dəyişmələri
•Tullantıların idarə edilməsi
•Ətraf mühitə təsirin qiymətləndirilməsi və idarə edilməsi
• Ətraf mühitin öyrənilməsindən məsafədən aerokosmik tədqiqatların rolu əhatə edəcəkdir.
2 ay davam edəcək layihəmiz iyul və avqust aylarını əhatə edəcək və təlimlər UFAZ-da təşkil olunacaq.
✔️Hər bir təlimin sonunda iştirakçılara sertifikat təqdim olunacaq.
📢 Təlimlərə qeydiyyatla bağlı yaxın günlərdə səhifəmizdə elan veriləcək.
📌Təlim, seminar, texniki gəzinti və mühəndislər ilə görüşlərdən daha tez xəbərdar olmaq üçün Telegram və Whatsapp qruplarımıza qoşula bilərsiniz. Qrup linkləri üçün şərh bölməsinə + yazmağınız kifayətdir, linklər mesaj bölmənizə göndəriləcəkdir.