[email protected] +994 99 303 07 01
October 17, 2023 - Paylaşdı: Admin

"Ətraf mühitin mühafizəsi istiqamətində təlimlərin təşkili" layihəsi üzrə sonuncu təlimlərə qeydiyyat başladı!

Azərbaycan Mühəndislər Birliyinin "Ətraf mühitin mühafizəsi istiqamətində təlimlərin təşkili" layihəsi üzrə sonuncu təlimlərə qeydiyyat başladı!
Təlimlər Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və UFAZ-ın dəstəyi ilə keçirilir.
Bilik və bacarıqlarınızı inkişaf etdirmək, mövzu haqqında ətraflı məlumat almaq istəyirsinizsə, bu təlimi qaçırmayın!
📌 7-ci təlim - Ətraf mühitə təsirin qiymətləndirilməsi və idarə edilməsi
🗓 Tarix: 25.08.2023
⏰ Saat:16:00
📌 8-ci təlim - Ətraf mühitin öyrənilməsində məsafədən aerokosmik tədqiqatların rolu
🗓 Tarix: 26.08.2023
⏰ Saat:11:00
📍Məkan: UFAZ
⏳ Son qeydiyyat tarixi: 21.08.2023 saat: 18:00
🌐 Təlimin keçiriləcəyi dil: Azərbaycan dili
Qeyd: Qeydiyyat keçərkən hansı təlimdə iştirak edəcəksinizsə qeyd edin. Təlimlərdə iştirak ödənişsizdir. Hər həftənin təlimləri üçün ayrıca qeydiyyat linki açılır, bu səbəbdən əvvəlki təlimlərə qeydiyyatdan keçmiş iştirakçılar yenidən qeydiyyatdan keçməlidirlər.
✔Hər təlimin sonunda iştirakçılara sertifikat təqdim olunacaq.
Qeydiyyatdan keçməyə tələsin!
Qeydiyyat linki: https://bit.ly/3YzuuvL
#azmiib #təlim #course #engineer #engineering #environment