[email protected] +994 99 303 07 01
October 17, 2023 - Paylaşdı: Admin

"Ətraf mühitin mühafizəsi istiqamətində təlimlərin təşkili" layihəsi üzrə sonuncu həftənin təlimləri başa çatıb

Azərbaycan Mühəndislər Birliyinin "Ətraf mühitin mühafizəsi istiqamətində təlimlərin təşkili" layihəsi üzrə sonuncu həftənin təlimləri başa çatıb.
Təlimlər Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və UFAZ-ın dəstəyi ilə keçirilir.
Layihənin 7-ci təlimində Əbülfəs Allahverdiyev "Ətraf mühitə təsirin qiymətləndirilməsi və idarə edilməsi" mövzusunda, layihənin 8-ci təlimində isə Türkan Məmişova "Ətraf mühitin öyrənilməsində məsafədən aerokosmik tədqiqatların rolu" mövzusunda çıxış etmişdir. Sonda iştirakçıların sualları cavablandırılmış və onlara sertifikatlar təqdim edilmişdir.
📌Təlim, seminar, texniki gəzinti və mühəndislər ilə görüşlərdən daha tez xəbərdar olmaq üçün Telegram və Whatsapp qruplarımıza qoşula bilərsiniz. Qrup linkləri üçün şərh bölməsinə + yazmağınız kifayətdir, linklər mesaj bölmənizə göndəriləcəkdir.
#azmiib #təlim #course #engineer #engineering #environmen