[email protected] +994 99 303 07 01
October 17, 2023 - Paylaşdı: Admin

"Ətraf mühitin mühafizəsi istiqamətində təlimlərin təşkili" layihəsi üzrə ilk həftənin təlimləri başa çatıb

Azərbaycan Mühəndislər Birliyinin "Ətraf mühitin mühafizəsi istiqamətində təlimlərin təşkili" layihəsi üzrə ilk həftənin təlimləri başa çatıb.
Təlimlər Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və UFAZ-ın dəstəyi ilə keçirilir.
Layihə üçün hər təlimə 35 nəfərin iştirakı nəzərdə tutulsada təlimə maraq olduqca çox olduğundan hər təlimə 160 nəfərdən çox iştirakçı qatılmışdır.
Layihənin ilk günü Pərvanə Babayeva "Ətraf mühitin mühafizəsinin idarə edilməsi" mövzusunda, layihənin ikinci günü isə Ramin Hüseynli "Su ehtiyatlarının idarə edilməsi" mövzusunda çıxış etmişdir. Sonda iştirakçıların sualları cavablandırılmış və onlara sertifikatlar təqdim edilmişdir.
📌Təlim, seminar, texniki gəzinti və mühəndislər ilə görüşlərdən daha tez xəbərdar olmaq üçün Telegram və Whatsapp qruplarımıza qoşula bilərsiniz. Qrup linkləri üçün şərh bölməsinə + yazmağınız kifayətdir, linklər mesaj bölmənizə göndəriləcəkdir.
#azmiib #təlim #course #engineer #engineering #environment