[email protected] +994 99 303 07 01
March 25, 2024 - Paylaşdı: Admin

"İxtisasını düzgün seç - Mühəndis Ol!" layihəsi

Abituriyentlərin, müəllimlərin, məktəb direktorlarının, məktəb məzunlarının diqqətinə! Bu layihənin öz məktəbinizdə təşkilini istəyirsinizsə bizimlə əlaqə saxlayın!

Layihə haqqında:

Azərbaycan Mühəndislər Birliyi tərəfindən təqdim olunmuş "İxtisasını düzgün seç - Mühəndis Ol!" layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il Kiçik Qrant müsabiqəsinin qalibi olmuşdur.

Layihənin məqsədi Mühəndislik ixtisaslarının təbliği və tanıtımı, abituriyent və onların valideynlərinə mühəndislik ixtisasları haqqında və gələcək perspektivləri barəsində geniş məlumat vermək, ixtisaslar haqqında fikir formalaşdırmaqdır. Abituriyentlərin özləri üçün və onların valideynlərinin övladları üçün ixtisas seçimi zamanı özlərinə uyğun ixtisas seçimini düzgün etmələrinə dəstək göstərməkdir. Bu münasibətlə Layihə çərçivəsində Bakı və Sumqayıt məktəblərində yuxarı sinif şagirdləri və onların valideynləri ilə görüşlər keçiriləcək, mühəndislər tərəfindən ixtisaslar, universitetlər haqqında məlumatlar veriləcəkdir. Görüş zamanı şagirdlərlə müxtəlif yarışların təşkili də nəzərdə tutulub.

Layihənin məktəbinizdə təşkilini istəyirsinizsə bizim whatsapp nömrəmiz +994993030701 ilə əlaqə saxlaya bilərsiniz.

Whatsapp əlaqə linki: https://bit.ly/3p8ORA2