🔎Azərbaycan Mühəndislər Birliyində Ekologiya mühəndisliyi ixtisasında təhsil alanlar üçün seminar.
Bilik və bacarıqlarınızın inkişaf etdirmək, peşəkar mühəndislərlə həmsöhbət olaraq onların təcrübələrindən faydalanmaq istəyirsinizsə, bu seminarımızı qaçırmayın.
Seminarda Rövşən Abbasov "İqlim dəyişmələri şəraitində su ehtiyatlarının idarə olunması: əsas problemlər və imkanlar" mövzusunda danışacaq.
Rövşən Abbasov haqqında :
📌Xəzər Universitetinin Coğrafiya və Ekologiya departamentinin müdiridir.
📌Uzun illərdir ki, ekosistem dəyərləri, təbii irs, ətraf mühitin mühafizəsi və idarə olunması, zəhərli çirklənmə və su ehtiyatlarının idarə edilməsi ilə bağlı tədqiqatlar aparır.
📌Bir neçə YUNESKO-nun irsi obyektlərinin ekosistemin qiymətləndirilməsində iştirak edib. Onun son fəaliyyəti istifadə və istifadə olunmayan ekosistem dəyərlərinin və irsinin qiymətləndirilməsi ilə bağlıdır.
📌ICOMOS Milli Komitəsinin üzvü və 2019-cu ildən Milli Ekosistemin Qiymətləndirilməsinin əlaqələndirici aparıcı müəllifidir.
Qeyd: İştirakçı sayı məhduddur. Seçim aparılarkən ixtisas uyğunluğuna, seminarda iştirak etmək məqsədinizə baxılacaq. Tələbələrə üstünlük veriləcək.
Qeydiyyatdan keçməyə tələsin.
🗓️Tarix: 10.12.2022
⏱️Saat: 16:30
📍Məkan: Azərbaycan Mühəndis Birliyinin tədris mərkəzi
⌛Son qeydiyyat tarixi: 8 dekabr, 18:00
đź”— Qeydiyyat linki: https: https://bit.ly/3H7yM6X